Sürücülərin nəzərinə: “Beşmərtəbə” dairəsində yeni dəyişiklik

Sürücülərin nəzərinə: “Beşmərtəbə” dairəsində yeni dəyişiklik
Sosial 4545

Bakının "Beşmərtəbə" ərazisindəki dairəyə avtomobillərin girişi məhdudlaşdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, dairədə hərəkətin dəyişdirilməsinə səbəb "Sovetski” ərazisində çəkilən yeni kanalizasiya xətlərinin birləşdirilərək əsas kollektora yönəldilməsi ilə bağlıdır:

"Bu məqsədlə Füzuli küçəsinin Şıxəli Qurbanov küçəsi ilə kəsişməsində qazıntı işlərinə başlanılıb. Həftə ərzində işlər bitəcək. Dairədə hərəkətdə də müəyyən dəyişiklik var. Sürücülər həmin ərazidə diqqətli olsunlar”.

BAKU.WS

Oxşar xəbərlər

"20 Yanvar" dairəsində "avtomobil müharibəsi"nə son qoyulur

"20 Yanvar" dairəsində "avtomobil müharibəsi"nə son qoyulur

Bakının "20 Yanvar" dairəsində avtonəqliyyat vasitələrinin hərəkətinə dəyişiklik edilə bilər. Həmin ərazidə hərəkətin işıqforlarla tənzimlənməsi nəzərdə tutulur...

13879 Hadisə 20:37 30 yanvar 2017

Son xəbərlər