Bakı dairəvi yolunda çökmə baş verib

Bakı dairəvi yolunda çökmə baş verib
Sosial 1164

 

Bakı Dairəvi yolunun kənarında əmələ gələn çatlar təhlükəli deyil.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, həmin ərazidəki vəziyyət nəzarətdə saxlanılır.

A.Nəcəflinin səzlərinə görə, yolu inşa edən podratçı şirkətə bununla bağlı məlumat verilib:

"Onlara tapşırılıb ki, həmin hissənin bərpası həyata keçirilsin. Ərazidə təhlükəli vəziyyət yoxdur. Axırıncı intensiv yağışlar nəticəsində yol kənarına, çiyin hissəyə tökülmüş torpağın yumşalması ilə həmin hissədə çatlar əmələ gəlib. Yolun hərəkət hissəsinə doğru çatların böyüməsi mümkün deyil. Narahatlığa əsas yoxdur. Yaxın günlərdə həmin ərazi bərpa olunacaq".

BAKU.WS

Oxşar xəbərlər

Bakı yollarındakı vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Bakı yollarındakı vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Ölkədəki qeyri-sabit hava şəraiti ilə bağlı respublikanın avtomobil yollarında problem müşahidə olunmur. BAKU.WS bildirir ki, bu barədə Trend-ə açıqlamasında "...

1595 Sosial 10:18 18 oktyabr 2016

Son xəbərlər