Bakıda su basan avtomobil yollarının siyahısı açıqlandı

Bakıda su basan avtomobil yollarının siyahısı açıqlandı
Sosial 4405

 

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti sentyabrın 28-də Bakıda yağan güclü yağış nəticəsində Bakı və Bakıətrafı ərazilərdəki su basmış avtomobil yollarındakı görülən tədbirlərlə bağlı məlumat verib.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Trend-ə verdiyi məlumata görə, yollarda hərəkətin bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyinin briqadaları, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib.

Qurum rəsmisi bildirib ki, güclü yağış paytaxtın Ziya Bünyadov prospektində hərəkəti tam dayandırıb və ərazidə avtomobillərin hərəkətində problemlər yaranıb: "Ən böyük problem bu prospektdə idi. Bundan başqa, Heydər Əliyev prospektində, Bağırov körpüsünün altında da avtomobillərin hərəkəti çətinləşmişdi. Burada əsas yolda deyil, köməkçi yolda problem yaranmışdı”.

A.Nəcəfli bildirib ki, həmçinin Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gedən yolda və Masazır qəsəbəsindəki körpülərin altında da nəqliyyatın hərəkətində çətinliklər yaşanıb. Fövqəladə Hallar Nazirliyinin briqadaları, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları hadisə yerinə səfərbər olunub: "Problem o idi ki, eyni anda o qədər suyu axıtmağa mövcud sistem çatdıra bilmirdi və su qaynayıb yolları basırdı. Görülən tədbirlər nəticəsində yolların yağış barmaqlıqlarına dolmuş zir-zibillər təmizləndi ki, su axa bilsin. Su özü ilə müxtəlif əşyalar gətirir barmaqlıqları tıxandırır. Görülən tədbirlər nəticəsində həmin yollarda gecə saatlarında avtomobillərin hərəkəti tam bərpa olundu. Hazırda heç bir yolda çətinlik yoxdur, avtomobillərin normal hərəkəti təmin olunub”.

BAKU.WS

Oxşar xəbərlər

Yeraltı keçidə aşan "Land Rover"in vurduğu ziyan müəyyən edilib

Yeraltı keçidə aşan "Land Rover"in vurduğu ziyan müəyyən edilib

Səbail rayonu, Neftçilər prospektində (Dövlət Kukla Teatrının qarşısı) Land Rover markalı avtomobilin yeraltı keçidin çıxışına çırpılması nəticəsində yol təsərü...

1464 Hadisə 12:54 09 sentyabr 2016

Son xəbərlər