Sürücülərin nəzərinə! Neftçilər prospektində hərəkət məhdudlaşdırılacaq

Sürücülərin nəzərinə! Neftçilər prospektində hərəkət məhdudlaşdırılacaq
Sosial 1214
 

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə əlaqədar sürücüləri diqqətli olmağa çağırıb.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

Bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektində (Əziz Əliyev küçəsinin başlanğıcından Rixard Zorge küçəsinin kəsişməsinə qədər olan hissəsində) yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq . Bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

BAKU.WS

Oxşar xəbərlər

Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) ye...

1091 Sosial 11:13 04 avqust 2016

Son xəbərlər