İlham Əliyev Nardaranla bağlı sərəncam imzaladı

İlham Əliyev Nardaranla bağlı sərəncam imzaladı
Sosial 1556

Azərbaycan prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial –mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, son bir ayda qəsəbənin nəqliyyat  sistemi yenidən təşkil edilib. Həmçinin böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın evə elektrik enerjisinin verilişi bərpa edilib. Həmçinin Azərbaycan hökuməti "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti,  "Azəriqaz” İstehsalat Birliyi və "Azəravtoyolservis” Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.

BAKU.WS

Son xəbərlər