Nardaran sakinlərinin işıqpuluna görə 42 milyondan çox borcu var

Nardaran sakinlərinin işıqpuluna görə 42 milyondan çox borcu var
Sosial 2119

Dünəndən etibarən Nardaran qəsəbəsinə işıq verilməsində fasilə yaranıb.

BAKU.WS-in məlumatına görə "Azərişıq” ASC Bakının Nardaran qəsəbəsində abunəçilərin elektrik enerjisi ilə təchizatında yaranmış problemin səbəbinin abunəçilərin borcunun olması ilə əlaqələndirib.

Nardaran sakinləri həmçinin qəsəbəyə təbii qazın verilişdə də bir müddət əvvəldən fasilə yarandığını qeyd ediblər.

APA-nın bununla bağlı müvafiq qurumlara ünvanlandığı sorğuya cavab olaraq bildirilib ki, bu günə kimi Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min borcu var: "2015-ci ilə qədər bu borcun məbləği 37 milyon 966 min manat olub. Bu ilin 10 ayında isə 4 milyon 300 min manat elektrik enerjisi ilə bağlı borc var”.

Nardaran əhalisinin təbii qaza görə dövlətə olan borcu isə 1 milyon 376 min manat təşkil edir: " Bunun 387 min 330 manatı 2013-cü il, 558 min 624 manatı 2014-cü il, 450 min 363 manat isə bu ilin 10 ayı üçün olub”.

BAKU.WS

Oxşar xəbərlər

Nardaranda gecə nələr baş verib?

Nardaranda gecə nələr baş verib?

Nardaran qəsəbəsində giriş və çıxışı yenə ciddi nəzarətdədir. BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə, Nardaranda nisbi sakitçilik hökm sürür. Gecə...

1672 Sosial 10:06 28 noyabr 2015

Son xəbərlər