Dövlətə borcu olanlar bunlardır (SİYAHI)
Azərbaycanda vergi borcu olanların adları açıqlanıb.
BAKU.WS Vergilər Nazirliyinə istinadən məlumat verir ki, bu ilin səkkiz ayı ərzində 1585 vergi ödəyicisi barəsində toplanmış materiallar Vergi Cinayətlrəinin İbtidai Araşdırılması Departamentinə göndərilmişdir.
Onlardan 123 vergi ödəyicisi ümumilikdə 2,1 milyon manat məbləğində borclarını tam ödədikləri üçün barələrində cinayət işinin başlanmasından imtina olunması barədə qərar çıxarılmış, 162,6 milyon manat məbləğində vergilər ödəməkdən yayındırılmış, 1394 fiziki və hüquqi şəxs barəsində isə cinayət işləri başlanmışdır.
Başlanmış cinayət işləri üzrə təkcə cari ilin səkkiz ayı ərzində dövlətə vurulmuş 36,9 milyon manat məbləğində ziyanın ödənilməsi təmin edilmiş, 29,8 milyon manat məbləğində vergi borcunu tam ödəmiş vergi ödəyiciləri barədə 363 iş üzrə icraata xitam verilmişdir.
Bundan başqa, araşdırılması davam etdirilən 152 cinayət işi üzrə daha 7,1 milyon manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilmişdir.
Cinayət işləri üzrə araşdırma aparılarkən istintaqdan yayınan və ya araşdırmaya maneçilik törədən 81 sahibkar şübhəli şəxs qismində tutulmuş, onlardan 43-ü barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Vergidən yayınan şəxslərin tam siyahısı ilə burdan tanış ola bilərsiniz.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Toylardan yüz minlər qazanan azərbaycanlı müğənnilər nə qədər vergi ödəyir?
Dünyanın bir çox ölkələrində, eləcə də Türkiyədə hər il elan olunan vergi rekordçuları siyahısında məşhur sənət adamlarının adları da yer alır. Türkiyədə rekord...