Abonentlərə işıq xəbərdarlığı

Abonentlərə işıq xəbərdarlığı
Sosial 1877

  "Azərişıq” ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı avqustun 28-də, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. "Azərişıq” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin "Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Qanunvericiliyinə uyğun "Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur. APA-nın verdiyi məlumata görə, borclular  arasında "Azərsu” ASC-də  var. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Kişi həyətində can verdi

Kişi həyətində can verdi

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 22-də Kürdəmir rayon...

1094 Hadisə 14:24 24 avqust 2015

Son xəbərlər