Cəlilabadda qardaş bacısının toyunu yasa çevirdi
19
avq
2015
11:16
Cəlilabadda toy yasa çevrilib.
BAKU.WS-in məlumatına görə, 5 gün öncə Cəlilabad rayonundan İnili kəndindən işləmək məqsədilə Rusiya Fedarasiyasına gedən Mahmudov Adış Alış oğlunu yüksək gərginlikli elektrik cərəyanı vurub. Mərhumun yaxınlarının sözlərinə görə, hadisə iş zamanı baş verib. Belə ki, fərdi evlərdən birində çardağda dəmir işləri görən zaman Adış Mahmudovun əlindəki dəmir parçası yüksək gərginlikli elektrik xətlərinə toxunub. O, hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, hadisə baş verən günü Adış Alışovun bacısının toyu imiş. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Azərbaycandan Türkiyəyə qatarla bir günə getmək mümkün olacaq
Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə sərnişinlərin daşınması üçün Azərbaycan Türkiyədən daha 30 vaqon alacaq. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyə...