Nardaranda küçələr radikal dini simvollardan təmizlənib, şüar və barrikadalar yığışdırılıb
Bu gün Daxili İşlər Nazirliyi (DİN), Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyat keçirib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, Nardarana giriş-çıxış, həmçinin qəsəbənin içi polis tərəfindən tam nəzarətə götürülüb. Əraziyə Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları cəlb edilib. Qəsəbəyə daxili işlər nazirinin müavini Vilayət Eyvazov da gəlib. Polis noyabrın 26-da baş vermiş insidentin digər iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar aparıb. Saxlanılanlar var. Məlumata görə, qəsəbədəki bir neçə evdən silah-sursat aşkarlanaraq götürülüb. Bununla yanaşı, qəsəbənin küçə və meydanlar radikal dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar, digər elementlər yığışdırılıb, barrikadalar təmizlənib. BAKU.WS
Oxşar xəbərlər
Gəncə polisindən xüsusi əməliyyat: Taleh Bağırzadənin tərəfdarlarından çoxlu silah tapıldı
Gəncə şəhərində polis əməkdaşları tərəfindən "Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən şəxslərdən silah-sursat və digər vasitələr aşkar edilərək...