Ramil Usubov daha iki bölməyə yeni rəis təyin etdi

Ramil Usubov daha iki bölməyə yeni rəis təyin etdi
Hadisə 4181

Daxili işlər orqanlarında yeni təyinatlar həyata keçirilib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən Bakı şəhər Baş Polis İdarəsində çalışan Nizami Novruzov tutduğu vəzifədən azad edilərək Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib. Nazirin digər əmri ilə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəis müavini Elşən Tağıyev vəzifəsindən azad edilərək Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Xatırladaq ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Bakıda polis rəisi işdən azad olundu

Bakıda polis rəisi işdən azad olundu

Səbail rayon Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zaur Aydın oğlu Cəfərov tutduğu vəzifədən azad olunub. BAKU.WS-in məlumatına görə, Zaur Cəfə...

3046 Hadisə 09:52 22 oktyabr 2015

Son xəbərlər