Gəncədə əməliyyat: 6 islamçı ekstremist tutuldu
01
dek
2015
11:44
Gəncədə polis əməliyyat keçirib.
BAKU.WS-in haqqın.az saytına istinadən verdiyi məlumata görə, əməliyyat Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq əməkdaşları tərəfindən təşkil olunub.
Əməliyyat zamanı "Müsəlman Birlik Hərəkatı”nın üzvü olan 6 ekstremist islamçı tutulub.
Əməliyyat zamanı saxlanılanlardan 1 avtomat, 12 qranat və çoxsaylı sursat tapılıb. Bundan başqa, saxlanılanların evlərində axtarış zamanı qanunla qadağan edilən çxosaylı dini ədəbiyyat aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda islamçıların aksiyası ilə bağlı araşdırma aparılır (RƏSMİ)
Dünən axşam saatlarında Bakıxanov qəsəbəsində keçirilən etiraz aksiyası ilə bağlı hazırda araşdırma aparılır. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilə...