Gəncə polisindən xüsusi əməliyyat: Taleh Bağırzadənin tərəfdarlarından çoxlu silah tapıldı

Gəncə polisindən xüsusi əməliyyat: Taleh Bağırzadənin tərəfdarlarından çoxlu silah tapıldı
Hadisə 2100

Gəncə şəhərində polis əməkdaşları tərəfindən "Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən şəxslərdən silah-sursat və digər vasitələr aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən şəhər sakini Mübariz İbrahimov tutulub. Ona məxsus "VAZ-2106” markalı avtomobilə baxış zamanı 4 ədəd "RQD-5” qumbarası, 1 ədəd qoruyucu, 2 ədəd kitabça ("Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) götürülüb. Noyabrın 30-da Gəncə ŞBPİ əməkdaşları tərəfindən "Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Ramiz Sarıyevin Yeni Gəncə qəsəbəsindəki evinə baxış zamanı 3 ədəd "F-1” qumbarası, 2 ədəd patron darağı, 67 ədəd müxtəlif çaplı patron, 1 ədəd planşet, 9 ədəd DVD disk, 22 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça ("Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar ediləkərək götürülüb. Noyabrın 30-da Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən "Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Rövşən Əsədovun evinə baxış zamanı 1 ədəd "AK-74” makalı silah, 2 ədəd patron darağı, 30 ədəd patron, 11 ədəd DVD disk, 12 ədəd dini ədəbiyyat, 5 ədəd üzərində fars yazıları olan bankomat kartı, 1 ədəd üzərində fars yazıları olan mobil telefon üçün kart və 4 ədəd kitabça ("Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti), Anar Sultanovun evinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kəslimiş ov tüfəngi, 1 ədəd "RQD-5” qumbarası, 2 ədəd patron darağı, 50 ədəd müxtəlif çaplı patron, 91 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça ("Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar ediləkərək götürülüb. Noyabrın 30-da Kəpəz RPİ əməkdaşları tərəfindən "Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Füzuli Abbasovun mənzilinə baxış zamanı 2 ədəd "F-1” qumbarası, 2 ədəd patron darağı, 52 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü bıçaq, 68 ədəd DVD disk, 26 ədəd təqvim, 52 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça ("Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti), Ramil Abbasovun evinə baxış zamanı 1 ədəd, "F-1”, 1 ədəd "RQD-5” qumbarası, 25 ədəd müxtəlif çaplı patron, 1 ədəd audio disk, 4 ədəd dini lövhə, 4 ədəd dini ədəbiyyat və 3 ədəd kitabça ("Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar ediləkərək götürülüb. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Hacı Taleyin tərəfdarı Gəncədə məscid qarşısında polisə qumbara atmaq istədi

Hacı Taleyin tərəfdarı Gəncədə məscid qarşısında polisə qumbara atmaq istədi

Gəncədə məscidə qumbara ilə gələn şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə 26 noyabr tarixində Şah Abbas məscidinin...

3529 Hadisə 14:04 27 noyabr 2015

Son xəbərlər