Şirvanda kriminal “razborka”: 2 nəfər ölüb (FOTO, VİDEO)
Şirvan şəhərində silahlı insident baş verib. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 5-də Şirvan şəhərinin T.Ələkbərov küçəsində yerləşən kafedə naməlum şəxs tapançadan açdığı atəşlə şəhər sakinləri Elvin Nəciyevə və Zaur Sarıbalayevə xəsarət yetirib və hadisə yerini tərk edib. Z. Sarıbalayev hadisə yerində ölüb. E.Nəciyev isə, xəstəxanada öülb.
Hadisə yerinə baxış zamanı "Makarov” markalı tapançaya aid 1 ədəd patron və 3 ədəd giliz aşkar edilərək götürülüb. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğlu kriminal aləmdə "krıtıy Elvin” kimi tanınır.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Bakıda polislərin güllələnməsilə bağlı yeni xəbər (RƏSMİ)
Daxili İşlər Nazirliyi dünən Bakıda polis əməkdaşının güllələnməsilə bağlı məlumat yayıb. BAKU.WS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata gö...