Bakıda polislərin güllələnməsilə bağlı yeni xəbər (RƏSMİ)

Bakıda polislərin güllələnməsilə bağlı yeni xəbər (RƏSMİ)
Hadisə 1022

Daxili İşlər Nazirliyi dünən Bakıda polis əməkdaşının güllələnməsilə bağlı məlumat yayıb. BAKU.WS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı polis bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşmaq istəyib. Onlardan biri odlu silahdan açdığı atəşlə İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib. Daha sonra onlar hadisə yerindən qaçıblar. Görülmüş tədbirlərlə onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeniy Antonovskiy tutulub. Saxlanılan şəxsdən kustar üsulla hazırlanmış tapança götürülüb. Faktla bağlı araşdırmalar aparılır. Ziya Səccad

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda polisləri gülləbaran etdilər: 1 polis yaralandı

Bakıda polisləri gülləbaran etdilər: 1 polis yaralandı

Bu gecə Bakının Xətai rayonunda polis əməkdaşları gülləbaran edilib. BAKU.WS-in məlumatına görə, bir neçə silahlı şəxs polislərin olduğu əraziyə hücum edib. Si...

1791 Hadisə 10:45 26 oktyabr 2015

Son xəbərlər