“Azərkörpü”də cinayət
08
sen
2015
15:05
"Azərkörpü” Açıq Səhmdar Cəmiyyətindən (ASC) oğurluğa cəhd olub. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oğurluğa cəhd edən şəxs tutulub. Əməliyyat Saatlı rayon polis şöbəsi əməkdaşları tərəfindnə keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində "Azərkörpü” ASC-yə məxsus 10 ədəd 8 metrlik dəmir boruları oğurlamağa cəhd göstərmiş şəhər sakini Müsəffir Rəhmanov tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda evlərə soxulan maskalı cinayətkar qrup ifşa olundu
Bakıda mənzillərə girərək, vətəndaşları döyüb, təhqir edən və talayan cinayətkar dəstə üzvləri zərərsizləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə v...