Hacı Taleyin tərəfdarı Gəncədə məscid qarşısında polisə qumbara atmaq istədi
Gəncədə məscidə qumbara ilə gələn şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə 26 noyabr tarixində Şah Abbas məscidinin qarşısında qeydə alınıb. Gəncə şəhər sakini Ruzi İsmayılov "Nardaran” hadisələri ilə əlaqədar "Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək məqsədi ilə məscidə gəlib.
Bununla əlaqədar R.İsmayılov evinin qarşısında tutularkən üzərində olan qumbara ilə Gəncə ŞBPİ-nin əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib.
R.İsmayılov tutulmuş və ondan 1 ədəd "F-1”, 1 ədəd "RQD-5” qumbaraları və 14 qram heroin götürülüb.
Daha bir Gəncə şəhər sakini Sabir Əliyev isə Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar şəhərin Təbriz və Ə.Məmmədov küçələrinin kəsişməsində "Müsəlman biriliyi” adlı hərəkata dəstək məqsədi ilə çağırışlar etdiyi üçün Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən tutulub. Ondan "TT” markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin götürülüb.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Nardaranda polisə qumbara atıldı, ölənlər var (VİDEO)
Nardaranda baş vermiş silahlı insident nəticəsində ölən və yaralananlar Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirliblər. BAKU.WS-in APA-ya istinad...