Bakı-Şamaxı yolunda çatlar yaranıb
"Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki sürüşmə sahəsi təhlükəli sürüşmə sahələrinin yeni topoqrafik əsaslar üzərində hazırlanmış xəritələr toplusuna daxil edilib”.
BAKU.WS xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki ərazi qədim sürüşmə sahəsidir: "Həmin hissədə sürüşmə daimi baş verir. O yol bərpa olunsa belə, yenidən sürüşmə olacaq. Orada yolun istiqamətini dəyişmək lazımdır”.
Ə.Qaralov qeyd edib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində qrunt suları da yer səthinə çıxır.
Qeyd edək ki, ötən həftə Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindən keçən hissədə torpaq qatı uçaraq yola tökülüb. Hazırda yolun 106-107-cı kilometrliyində böyük yarğanlar əmələ gəlib.
BAKU.WS
Oxşar xəbərlər
Bakı-Şamaxı yolunda təhlükə - VİDEO
Bakı-Şamaxı yolunda torpaq sürüşməsi baş verib. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, nəticədə magistralda avtomobillərin hərəkətində çətinlik yaranı...