Bakı avtovağzalının qarşısındakı sürüşmə artır
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə sahəsi aktivləşib.
BAKU.WS-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya bildirib ki, yağmurlu hava şəraiti davam edəcəyi təqdirdə sürüşmə sahəsi daha da aktivləşə bilər.
Dəstə rəisi əlavə edib ki, hazırda Abşeron rayonunun Masazır qəsəbəsində və Bakının Suraxanı rayonu ərazisində, Zığ qəsəbəsindəki sürüşmə sahələrində də nisbətən aktivlik qeydə alınıb.
R. Həsənov qeyd edib ki, Bakı və Abşeron yarımadasındakı digər klassik sürüşmə sahələrində hələlik sabitlikdir.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Bakı Avtovağzal kompleksinin qarşısında sürüşmə olub
Bakı-Sumqayıt yolunda sürüşmə baş verib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, sürüşmə hadisəsi şəhər istiqamətində, Bakı Avtovağzal kompleksinin...