Sabah hava sərin olacaq

Sabah hava sərin olacaq
Şou-biznes 8

 

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu nisbətən enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 20-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz, dəyişkən buludlu olacaq, lakin axşam doğru buludluluq artacaq. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 22-26, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti proqnozlaşdırılır.

ŞAHİN Həbibov

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün hava sərin olacaq

Bu gün hava sərin olacaq

Sabah ölkənin bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. BAKU.WS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departame...

17 Şou-biznes 09:06 18 avqust 2015

Son xəbərlər