Bu gün əsl yay havası olacaq

Bu gün əsl yay havası olacaq
Şou-biznes 776

Azərbaycanda mülayim isti hava şəraiti bayram günlərində - sentyabrın 25-i və 26-da da davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 1-2 dərəcə yüksəkdir.

Sentyabrın 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 23-də hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

ŞAHİN Həbibov

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bayram günlərində gəzintiyə çıxmaq istəyənlərə müjdə

Bayram günlərində gəzintiyə çıxmaq istəyənlərə müjdə

Azərbaycanda mülayim isti hava şəraiti bayram günlərində - sentyabrın 25-i və 26-da da davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeo...

977 Şou-biznes 12:59 24 sentyabr 2015

Son xəbərlər