Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Şou-biznes 2

Sabah Bakı və Abşeron yarımadasında sentyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacaq.Mülayim şimal küləyi əsəcək. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sentyabrın 10-da havanın əsasən yağmursuz olacağı, lakin gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Əhaliyə hava xəbərdarlığı

Əhaliyə hava xəbərdarlığı

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq....

2 Şou-biznes 09:01 05 sentyabr 2015

Son xəbərlər