Bu gün Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şou-biznes 988

Bu gün Bakıda yağış yağacaq, şimşək çaxacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 22-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 24-28, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 22-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 27-32, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq. Ziya Səccad BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə...

21 Şou-biznes 13:30 21 avqust 2015

Son xəbərlər