Bakıda hərarət artacaq

Bakıda hərarət artacaq
Şou-biznes 933

Bu gün Bakıda 35 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan BAKU.WS-ə verilən məlumata görə,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq. Sentyabrın 9-da Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 26-31 dərəcə isti olacaq. Tibbi meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında gündüz isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 10-11-də isə mülayim xəzri küləyinin üstünlüyü müsbət amildir. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Sabah Bakıda çox isti olacaq

Sabah Bakıda çox isti olacaq

Sabah Bakıda 35 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan B...

824 Şou-biznes 13:42 08 sentyabr 2015

Son xəbərlər