Bu gün hava buludlu olacaq

Bu gün hava buludlu olacaq
Şou-biznes 1142

Bu gün Azərbaycanın bəzi yerlərində havanın temperaturu nisbətən enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 20-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz, dəyişkən buludlu olacaq, lakin axşam doğru buludluluq artacaq. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 22-26, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti proqnozlaşdırılır.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Sabah hava sərin olacaq

Sabah hava sərin olacaq

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu nisbətən enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAK...

928 Şou-biznes 14:16 19 avqust 2015

Son xəbərlər