Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatına start verilib.
Azərbaycan Boks Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, 40 ölkədən 473 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb və hamısı qələbə qazanıb.
Əli Abaslı (60 kiloqram) onaltıdabir finalda Abdurahim Sounu (Belçika) sınağa çəkib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, ikinci görüşündə Zeki Uğurla (Türkiyə) üz-üzə gələcək.
Yusif Həsənli (66 kiloqram) Adrian Silvaya (Portuqaliya) gücünü göstərib. Təmsilçimiz rəqibini 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. Həsənli səkkizdəbir finalda Lukas Fulanoviçlə (Xorvatiya) münasibətlərinə aydınlıq gətirəcək.
Hidayət Məmmədov (70 kiloqram) da onaltıdabir final döyüşünü aktivinə yazıb. O, Demid Kloçkoya (İsrail) ilk raundda qalib gəlib. Boksçumuz növbəti qarşılaşmasında Joel Şutsla (İsveçrə) qarşılaşacaq.
Yusif Ağakişiyev (75 kiloqram) isə onaltıdabir finalda Eduard Tancerikanı (Rumıniya) yarışdan kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). Boksçumuz ikinci görüşündə İvor Li (İngiltərə) ilə qüvvəsini sınayacaq.
Hər 4 döyüş oktyabrın 6-da baş tutacaq.
Qeyd edək ki, çempionatın qaliblərinin adına oktyabrın 11-də aydınlıq gələcək.
Oxşar xəbərlər
Bakıda cüdo üzrə dünya çempionatı başlayır - 4 cüdoçumuz tatamiyə çıxacaq
Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək. BAKU.WS-in məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunacaq mundialın...