Rusiya qüvvələri Donetskdə daha bir istiqamətdə irəliləyib
Ukraynanın Donetsk vilayətində Pokrovsk istiqamətində Rusiya qüvvələrinin irəliləyişi qeydə alınıb.
BAKU.WS-in məlumatına görə, bu barədə Ukraynadakı döyüş bölgələrini izləyən "DeepState" monitorinq layihəsi məlumat yayıb.
Məlumata əsasən, Rusiya hərbçilərinin Pokrovsk rayonunun Kotlino yaşayış məntəqəsi yaxınlığında mövqelərini irəli çəkdiyi bildirilib. "DeepState" döyüş xəritəsini yeniləyərək ərazidə cəbhə xəttində baş verən dəyişiklikləri də xəritədə əks etdirib.
Pokrovsk istiqaməti Donetsk vilayətində döyüşlərin intensiv şəkildə davam etdiyi əsas cəbhə xətlərindən biri olaraq qalır.
Qeyd olunur ki, Kotlino ətrafında Rusiya qüvvələrinin irəliləməsi ilə bağlı məlumat daha əvvəl – oktyabrın 3-də də açıqlanıb.
Oxşar xəbərlər
Tramp: İran nüvə silahı yaratmaq planlarından imtina edib
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsi ilə bağlı planlarından faktiki olaraq geri çəkildiyini açıqlayıb. BAKU.WS xəbər verir ki, Tramp bu ba...