Məşhur psixoterapevt Anatoli Kaşpirovski vəfat edib

Məşhur psixoterapevt Anatoli Kaşpirovski vəfat edib
Dünya 37

Rusiyalı psixoterapevt, teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.

BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, onun ölüm səbəbi açıqlanmayıb. Daha əvvəl Kaşpirovskinin xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

O, 1980-ci illərin sonlarında televiziyada keçirdiyi kütləvi psixoterapiya və hipnoz seansları ilə məşhurlaşıb. Kaşpirovski ekran vasitəsilə tamaşaçıların vəziyyətinə təsir etməyin mümkün olduğunu iddia edirdi.

Vinnitsa Tibb İnstitutunun məzunu olan Kaşpirovski psixoterapevt kimi çalışıb, daha sonra SSRİ ağır atletika yığmasının həkimi olub. 1993-cü ildə isə Dövlət Dumasının deputatı seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər