Avtovağzalın sürüşən yerindən fotolar
Sürüşmənin hər dəqiqə aktivləşdiyi deyilən Bakı Beynəlxaq Avtovağzal ərazisində təmir-bərpa işləri aparılmır.
BAKU.WS olaraq avtovağzal ərazisindən çəkiliş apararkən gördük ki ərazi avtomobillərin giriş-çıxışı üçün bağlanıb. İçəridə yalnız bir yük maşını dayanmışdı. Ətrafda isə ins-cins görünmürdü. Yerə diqqət edərkən asfaltdakı çatların hələ da bağlanmadığını gördük. Ərazidə isə qazıntı işləri də aparılmırdı. Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə sahəsi aktivləşdiyi bildirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib ki, yağmurlu hava şəraiti davam edəcəyi təqdirdə sürüşmə sahəsi daha da genişlənə bilər. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Bakı avtovağzalının qarşısındakı sürüşmə artır
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə sahəsi aktivləşib. BAKU.WS-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mi...