Bakı-Sumqayıt yolundakı böyük sıxlıqla bağlı rəsmi açıqlama (FOTO)

Bakı-Sumqayıt yolundakı böyük sıxlıqla bağlı rəsmi açıqlama (FOTO)
Sosial 1240

Bakı-Sumqayıt şossesində (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığı, Sumqayıt şəhəri istiqamətində) piyada keçidinin tikintisi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, tikinti işlərini aparan "Körpü-Bina-Tikinti" MMC tərəfindən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə bildirilib ki, piyada keçidinin tikintisi zamanı yolun bəzi zolaqları qısa müddət ərzində bağlı olacaq. Tikinti işləri 2 ay davam edəcək.

Sürücülərə alternativ olaraq Binəqədi şossesi və Rəşid İsmayılov küçələrindən istifadə etmələri tövsiyə olunur.

ŞAHİN Həbibov

BAKU.WS 

Oxşar xəbərlər

Bakıda qəza böyük tıxaca səbəb oldu (FOTO)

Bakıda qəza böyük tıxaca səbəb oldu (FOTO)

Bakıda yol nəqliyyat hadisəsi baş verib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) BAKU.WS-ə verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektini...

1065 Hadisə 12:20 29 sentyabr 2015

Son xəbərlər