Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu: çoxlu qəzalar var

Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu: çoxlu qəzalar var
Sosial 1893

Bu gün səhər saatlarında Bakının girişində böyük tıxac müşahidə olunub

BAKU.WS-in məlumatına görə, Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti demək olar ki, iflic vəziyyətinə düşüb. Havanın yağıntılı olması onsuz da bərbad olan yolda hərəkəti dayandırıb. Bakı-Sumqayıt yolu ərazisində çoxlu sayda irili-xırdalı qəzalar baş verib. Həmin yolda avtobusların iştirakı ilə isə 4-5 hadisə qeydə alınıb. Qəzaların çoxunda insanlar xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Məsələni araşdırmaq üçün Baş Dövlət Yol Polis İdarəsilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, xəsarət və insan tələfatı olmayan qəzalar barədə məlumat verilmir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirdilər ki, hazırda Sumqayıt-Bakı yolunda tıxac davam edir.

Bununla yanaşı, Yusif Səfərov küçəsində (Mərkəzi Neftçilər Xəstəxanası qarşısında), Ə.Əliyev küçəsi, K.Rəhimov küçəsi, Moskva prospekti, Z.Bünyadov prospekti, İnşaatçılar prospekti, Tbilisi prospekti (şəhər mərkəzi istiqamətində) və Azadlıq prospektində (hər iki istiqamətdə) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Ziya Səccad BAKU.WS

 

 

 

Oxşar xəbərlər

Axşam Bakının yolları boş olacaq

Axşam Bakının yolları boş olacaq

Bu gün axşam saaatlarında Bakı yollarında müəyyən qədər boşluq olacaq. Bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xi...

1703 Sosial 16:43 15 sentyabr 2015

Son xəbərlər