Göygölə giriş bağlandı (RƏSMİ)

Göygölə giriş bağlandı (RƏSMİ)
Sosial 1901

  Bu gün səhər saatlarından Göygöl Milli Parkına vətəndaşların girişi məhdudlaşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflik Departamentinin direktoru Vaqif Cavadovun BAKU.WS-ə verdiyi məlumata görə, milli parka giriş bu gün səhər saat 08:00-dan etibarən bağlanıb. Parka girişin dayandırılmasına səbəb isə ərazinin zibillərdən təmizlənməsidir. "Hər həftə orada profilaktik tədbirlər keçirilir. Bu səbəbdən də, parka giriş dayandırılır. Parka giriş bu gün günorta saatlarına qədər məhdudlaşdırılacaq”, - deyə Vaqif Cavadov bildrib. Xatırladaq ki, Göygöl Milli Parkına giriş bir həftə bundan əvvəl vətəndaşlar üçün açılmışdı. Bu müddət ərzində isə parkın ərazisi zibillənmişdi. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Göygölü zibilləyən 15 nəfər cərimələndi

Göygölü zibilləyən 15 nəfər cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının rəhbərliyi tərəfindən qoruğun zibillənməsilə bağlı məsələyə aydınlıq gətirilib. Ekologiya və Təbii...

1557 Şou-biznes 16:52 18 avqust 2015

Son xəbərlər