Göygöl qoruğu əhalinin üzünə açılır (VİDEO)
Uzun müddətdir ki, Göygöl Milli Parkına vətəndaşların girişinə məhdudiyyət qoyulmuşdu.
BAKU.WS-in əldə etdiyi məlumata görə, yaxın günlərdə bu məhdudiyyət aradan qaldırılacaq. Vətəndaşlar həmin parka rahat şəkildə daxil ola biləcəklər.
Göygöl Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2008-ci ilin 1 aprel tarixində yaradılmışdır. Milli Park Azərbaycanın qərbində Xanlar və Gəncə inzibati rayonlarının ərazisində yerləşir. Xatırladaq ki, Göygöl Milli Parkına təxminən 5 ildir ki giriş qadağan edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bu barədə söz-söhbətin olduğunu təsdiqləsələr də, hələlik ətraflı məlumat olmadığını bildirdilər. Yaxın günlərdə ətraflı məlumat veriləcəyi deyilir.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
İsti günlərdə “McDonalds”dan Bakı sakinlərinə xoş sürpriz
Paytaxt Bakıda havaların isti keçməsi dözülməz hala çatıb. Məhz bu amilə görə Tarqovuda fəaliyyət göstərən "McDonalds”un əməkdaşları xeyriyyə addımı atıblar....