Avtovağzaldan Bakıdan Tiflisə ayaqüstə sərnişin daşınmasına reaksiya (FOTO)
Ötən gün Bakıdan Tiflisə gedən avtobusda biabırçılıq yaşanıb. BAKU.WS-in məlumatına görə, bu barədə tanınmış jurnalist Ləman Əliəşrəfqızı öz Facebook səhifəsində qeyd edib. Ləman xanım bildirib ki, avtobusun sürücüsü sərnişinlərə avtobusun pərdələrini bağlamağı tapşırıb ki, maşının içini görən olmasın. "Ay camaat, avtovağzalı çıxaq, açarsız", - deyə sürücü bildirib.
Hadisə ilə bağlı Bakı Beynəlxalq Avtovağzal ilə əlaqə saxladıq. Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev BAKU.WS-ə açıqlamasında bu məsələnin araşdırılacağını bildirib. Onun sözlərinə görə, belə hallar ancaq avtovağzalın kənarında baş verə bilər. "Əməkdaşlarımız nəzarət edirlər. Yəqin sürücü yolda qalan sərnişini götürüb. Əslində avtobuslarımız yetərlidir. Həmin istiqamətə də sərnişin sıxlığı qeydə alınmayıb. Gürcüstana qədər ayaq üstündə gedən sərnişində də günah var. O boyda yolu ayaq üstündə getmək olar?”, - deyə Məhəmməd Abdullayev təəccüblənib.
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakı avtobusunda şou: siqaret dumanı, yüksək sürət və pis rəftar (VİDEO)
Bakıda Nəqliyyat Nazirliyinin, yol polisinin xəbəri olmadan qeyri-qanuni sərnişin avtobusları fəaliyyət göstərir. BAKU.WS həmin avtobuslarla bağlı maraqlı fakt...