Sərnişinlə avtobus sürücüsü arasında mübahisə düşdü (VİDEO)

Sərnişinlə avtobus sürücüsü arasında mübahisə düşdü (VİDEO)
Video
Hadisə 2167

Ötən gün Bakıda sərnişin avtobusunda sürücü ilə sərnişin arasında dava düşüb.

BAKU.WS-in məlumatına görə, avtobus "Gənclik” metrosu qarşısında dayanarkən sərnişinlər sürücüyə narazılıqlarını bildiriblər ki, tez sürsün. Lakin sürücü sərnişinlərin sözlərinə fikir verməyib. Bundan əsəbləşən sərnişinlərdən biri sürücünü söyməyə başlayıb. Sürücü sərnişinə cavab qaytaranda isə yaşlı kişi ayağa qalxıb və sürücünün üstünə hücum edib və onu hədələyib. "Özünü yaxşı apar! Sənin hulqumunu kəsərəm!”, - deyən həmin sərnişini güclə sakitləşdiriblər. BAKU.WS həmin hadisənin videogörüntüsünü təqdim edir: Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər