Bakıda 28 sərnişin avtobusunu xətdən çıxardılar
Nəqliyyat Nazirliyi müfəttişlərinin keçirdiyi reyd zamanı dünəndən bu günə qədər 28 sərnişin avtobusunun sürücüsü cərimələnib. Bu barədə Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimli BAKU.WS saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsini pozan 28 avtobusun sürücüsü cərimələnib, avtobuslar isə son dayanacaqdan cərimə meydançasına aparılıb. "Dünən 20 avtobusu xətdən çıxartmışıq. Bu gün də hələlik 8 avtobus cərimə meydançasına aparılıb. Sürücülər isə 50 manat məbləğində cərimələnib”, - deyə Vüqar İbrahimli bildirib. Hazırda da reydlər davam edir. Əsas da avtobusların qapılarının açıq sürülməsi və dayanacaqdan kənarda saxlanılmasına nəzarət olunur. İndi reydlər Qara Qarayev prospektində aparılır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Nəqliyyat Nazirliyi Bakı meriyasına müraciət edəcək
Bakıda keçirilən reyd zamanı bir sərnişin avtobusu saxlanılıb və avtobus cərimə meydançasına aparılıb. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mə...