Çökən yolla bağlı RƏSMİ AÇIQLAMA - İstifadəyə verilməmiş dağılıb

Çökən yolla bağlı RƏSMİ AÇIQLAMA - İstifadəyə verilməmiş dağılıb
Sosial 1424
 

Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsinin çökməsi günün ən çox danışılan mövzusu oldu. Modern.az-ın məlumatına görə, məsələ ilə bağlı "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlama verib.

O bildirib ki, çökmə hadisəsi bu gün səhər saatlarında qeydə alınıb:

"Çökmə prosesi yolun 17-ci kilometrliyində baş verib. Yağan intensiv yağışlar nəticəsində yolun bir hissəsi çöküb. Hazırda həmin hissəsinin bərpası istiqamətində işlər aparılır. Eyni zamanda nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün xüsusi hissə salınır. Buna paralel olaraq yolun bərpası da davam etdirilir. Qeyd edim ki, ərazidə yağışlar hələ də davam edir”.

A.Nəcəfli deyib ki, həmin yol istifadəyə verilməyibmiş:

"Bu tikinti altında olan yoldur. Amma çökən hissəyə yeni asfalt vurulmuşdu. Ərazi ümumiyyətlə sürüşmə zonası da deyil. İntensiv yağışların təsirindən torpaq o qədər yaş olub ki, nəticədə sürüşmə baş verib”.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda yeni istifadəyə verilən yol çökdü - FOTO

Azərbaycanda yeni istifadəyə verilən yol çökdü - FOTO

20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd...

3088 Hadisə 15:54 25 oktyabr 2016

Son xəbərlər