Bakıda bu yolda sürücülər üçün ölüm “tələsi” quraşdırılıb - VİDEO

Bakıda bu yolda sürücülər üçün ölüm “tələsi” quraşdırılıb - VİDEO
Video
Sosial 1328
Lökbatan dairəsindən Xocasən qəsəbəsi istiqamətində avtomobil yolunda sürücülər üçün böyük təhlükə var.BAKU.WS xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkələrdə yazıblar. Bildirilir ki, yolun ortasında ağ qoşa zolaqlı yolda tən ortada piyadalar üçün quraşdırılan səki var. Əgər nəzərə alsaq ki, həmin ərazidə işıqlandırma sistemi yoxdur və yol qaranlıqdır, bu zaman sürətlə hərəkət edən minik maşını bu səkiyə çırpılar. Bu zaman sürücü və avtomobildə olan sərnişinlər ölümlə üz-üzə qala bilər.Məsələyə aydınlıq gətirmək üçün “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə bildirdi ki, həmin yolda avtomobillərin rahat hərəkət etməsi üçün dönmə dairəsi yaradılıb. Onun sözlərinə görə, həmin yolda dönmə işarəsi qoyulacaq. “Bu gün həmin istəqamətdə dönmə xətlərini bildirən işarə çəkiləcək”, - deyə A.Nəcəfli bildirib. Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Bakıda intensiv istifadədə olan körpüdə çat - RƏSMİ AÇIQLAMA

Bakıda intensiv istifadədə olan körpüdə çat - RƏSMİ AÇIQLAMA

Bakıda ən çox istifadə edilən avtomobil körpüsü təhlükəli vəziyyətə düşüb.BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib. “Facebook”da Emi...

4249 Sosial 10:36 29 iyun 2018

Son xəbərlər