Bakıda intensiv istifadədə olan körpüdə çat - RƏSMİ AÇIQLAMA
29
iyn
2018
10:36
Bakıda ən çox istifadə edilən avtomobil körpüsü təhlükəli vəziyyətə düşüb.BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib. “Facebook”da Emil Adişov adlı istifadəçi yazıb.Onun sözlərinə görə, Cavanşir (köhnə Qaqarin) körpüsünün altında çatlar və uçuqlar var.“Körpünün altından piyada keçirdim ki, şəkildə gördüyünüz mənzərənin şahidi oldum. Körpünün beton hissələrində böyük uçuqlar, çatlar var. Hər gün minlərlə avtomobil bu körpünün üzərindən keçir. Düşünürəm ki, bu məsələ ciddiyə alınmalı, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi məsələyə münasibət bildirməlidir.Məsələyə aydınlıq gətirmək üçün “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə bildirdi ki, bu görüntülər körpünün təhlükəsizliyi üçün heç bir problem yaratmır.“Körpünün dəmir-beton plitələrinin birləşmə nöqtələridir. Həmin plitələr bir-birinə qaynaq edilərək arası sement-beton qarışığı ilə suvanır. Həmin suvaq təbii təsirlərdən bir müddətdən sonra bu cür vəziyyətə düşə bilər. Bu da ki, normal haldır. Körpünün əsas dəmir-beton konstruksiyasında, dayaqlarında və ya dəmir-beton plitələrdə hər-hansı bir çat və dağılma müşahidə olunmur. Buna görə də, narahatlığa heç bir əsas yoxdur”, - deyə Anar Nəcəfli bildirib.Qurum rəsmisi deyir ki, bu kimi məlumatlar yayarkən bir az diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, insanlar arasında düzgün məlumat verməyib panika yaratmaqla məsuliyyət daşıdığımızı da unutmamalıyıq.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Göyçayda selin dağıtdığı körpü bərpa edilib
İyunun 2-də Göyçay çayına gələn güclü sel nəticəsində dağılan avtomobil körpüsünün yanaşma yolunun bərpası istiqamətində görülən işlər başa çatdırılıb və körpü...