Göyçayda selin dağıtdığı körpü bərpa edilib
22
iyn
2018
18:41
İyunun 2-də Göyçay çayına gələn güclü sel nəticəsində dağılan avtomobil körpüsünün yanaşma yolunun bərpası istiqamətində görülən işlər başa çatdırılıb və körpü nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev və Agentliyinin rəhbər şəxsləri, həmçinin Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə iştirak edib. Tədbir zamanı bildirilib ki, ölkə əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən körpünün yanaşma yolu selin təsiri nəticəsində dağılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəyib, yolun bağlanması səbəbindən insanlar çox əziyyət çəkiblər. Çıxışlarda körpünün qısa vaxtda yenidən bərpa edilməsinə və əhalinin istifadəsinə verilməsinə görə, ölkə başçısı İlham Əliyevə minnətdarlıq olunub. Qeyd edilib ki, sel nəticəsində uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsünün yanaşma yolunun 30 metrlik hissəsi dağılıb, nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti 20 gün ərzində dayanıb, Göyçay çayının şərq hissəsindəki 38 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. İyunun 3-dən başlayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tikinti briqadası və ağır texnikaları körpünün yenidən bərpası işlərinə başlayıb. Körpü nəqliyyat vasitələrinin hərəkəti üçün açılsa da, orada təmir-bərpa işləri hələ davam etdiriləcək. Hazırda körpünün alt hissəsində, dayaqlarında və ətrafında əlavə bərkitmə-bərpa işləri davam etdirilir, yeni monolit-beton istinad divarları inşa edilir.BAKU.WS
Oxşar xəbərlər
Göyçayda selin qəzalı vəziyyətə saldığı ev köçürülür (FOTO)
Göyçayda güclü selin uçurduğu körpünün ətrafında yerləşən ev sökülür.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Göyçay çayının yaxınlığında yerləşən həmin ev sel...