Göyçayda selin qəzalı vəziyyətə saldığı ev köçürülür (FOTO)

Göyçayda selin qəzalı vəziyyətə saldığı ev köçürülür (FOTO)
Sosial 965
Göyçayda güclü selin uçurduğu körpünün ətrafında yerləşən ev sökülür.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Göyçay çayının yaxınlığında yerləşən həmin ev sel zamanı qəzalı vəziyyətə düşüb.Göyçay çayının səviyyəsinin yüksəlməsi çayın kənarında yerləşən evə təhlükə yaradıb. Nəticədə evdə çatlar əmələ gəlib. Orada yaşayan ailə müvəqqəti olaraq təhlükəsiz əraziyə köçürülüb və qəzalı vəziyyətdə olduğu üçün evin sökülməsinə qərar verilib.Göyçay Rayon İcra Hakimiyyətinin Göyçay şəhər icra nümayəndəsi Rəşad Şükürov Trend-ə bildirib ki, ev çayın mühafizə zolağında yerləşir: "Həmin ev qanunsuz tikilidir. Çayın mühafizə zolağında yerləşir. Çayda suyun çoxalması isə ev üçün real təhlükə yaradıb. Artıq orada yaşayan ailə qohumlarının evində məskunlaşıb. Ailənin torpaq sahəsi ilə təmin olunması üçün lazımi köməkliklər göstəriləcək".Xatırladaq ki, bir müddət əvvəl Göyçay çayı üzərindəki körpü güclü sel nəticəsində dağılıb. Hazırda körpünün bərpası istiqamətində işlər davam etdirilir.BAKU.WS

Son xəbərlər