Azərbaycanda KaMAZ-ı sel apardı - FOTO
11
iyn
2018
18:44
Göyçay rayonunda yük avtomobili çaydan keçərkən suda batıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Hacalıkənd kənd sakini, 1982-ci il təvəllüdlü Əziz Mətləb oğlu Əhmədovun idarə etdiyi 23 BC-201 dövlət nömrə nişanlı, "KaMAZ" markalı yük avtomobili Potu kəndi ərazisində Göyçay çayı ilə Yuxarı Şirvan kanalının kəsişdiyi ərazidə suda batıb.Göyçay çayı üzərindəki körpünü sel apardığı üçün sürücü çayın bir tərəfindən o biri tərəfinə yük maşını ilə keçmək istəyib və suyun sürətlə axdığı yerdə idarəetməni itirib. Su yük maşınını 100 metr apararaq çayın dərin yerinə salıb. Yük maşını tamamilə batıb, sürücü və sərnişini, Bığır kənd sakini Seyidov Hilal Akif oğlu yük maşınının üstünə çıxıblar.Əraziyə FHN və polis əməkdaşları cəlb olunub.BAKU.WS
Oxşar xəbərlər
Göyçay çayı üzərində körpünün bərpasına 3,5 milyon manat ayrılıb
Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, M-...