Bakı-Quba yolunda sürücülərə qurulan tələ (VİDEO)
Bakı-Quba-Rusiya yolunda sürücülər üçün əsl tələ qurulub. BAKU.WS- xəbər verir ki, sürücülər bu barədə avtosfer-ə şikayətlərində bildiriblər. Sürürücülər bildirirlər ki, yol nişanı dəyişdirilib. Yolun sürəti qeyri-qanuni olaraq aşağı salınıb. Elçin Əliyev adlı sürücü ərazidən keçərkən həmin nişanı videoya çəkərək redaksiyamıza göndərib. Videodan da aydın görünür ki, yolda 90 km/saat nişanı qoyulub. Amma həmin yol nişanının altında 110 rəqəmi qeyd olunub. Sadəcə həmin işarənin üstündə qeyri-qanuni olaraq, kustar yolu ilə hazırlanmış nişan vurulub. Nişan ora adi məftillə birləşdirilib. Həmin nişana yaxın ərazidə isə radar quraşdırılıb. Sürücülər isə o yolda sürətin 110 olduğunu bilir və oradan ötərkən qəfildən qarşılarına hərəkətin 90 olduğunu bildirən nişan çıxır. Yaxınlıqda quraşdırılan radar da avtomatik olaraq avtomobili çəkir. Bununla da, sürücünün 90-lıq yolda 110 ilə getdiyi məlum olur. BAKU.WS olaraq bu məsələni diqqət mərkəzində saxlayacağıq. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Bakıda maşın piyadanı göyə uçurdu (VİDEO)
Hər gün onlarla insan piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçir və həyatlarını təhlükəyə atırlar. BAKU.WS-in məlumatına görə, bu ilin 9 ayı ərazində...