Bakıda yolda böyük çökmənin yaranması ilə bağlı RƏSMİ AÇIQLAMA
15
iyl
2018
10:14
"Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib".BAKU.WS-in məlumatına görə, bu sözləri "Azəravtoyol" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Qurum rəsmisi əlavə edib ki, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub:"İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir. Hal-hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır. Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək".ŞahinBAKU.WS
Oxşar xəbərlər
Göyçayda dağılan körpü ilə bağlı son vəziyyət açıqlandı (VİDEO)
Ötən gün axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən avtomobil körpüsünün bir hissəsi uçub.BAKU....