Bakıda yolda nəhəng dəliyin açılması ilə bağlı RƏSMİ məlumat (FOTO)
04
okt
2017
12:49
Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökmə qeydə alınıb.BAKU.WS-in məlumatına görə, “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfov bildirib. Dərhal hadisə yerinə “Azəravtoyol” ASC-nin əməkdaşları cəlb olunub. Məlum olub ki, həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından və çırkab suları yol yatağını yuyub apardığından yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb.Hazırda aidiyyəti qurum tərəfindən kollektorun bərpası istiqamətində addımlar atılır. Kollektorun bərpası yekunlaşan kimi, yolun bərpası istiqamətində addımlar atılacaq.Küçənin həmin hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.TuncayBAKU.WS
Oxşar xəbərlər
Bakıda yeni çəkilmiş yol belə çökdü - ŞOK GÖRÜNTÜ - VİDEO
Bakıda daha bir yol çöküb."APA-Economics" xəbər verir ki, paytaxtın Nizami rayonunda yerləşən Mehdi Abbasov küçəsinin ("İmperator" şadlıq sarayının qarşısı) bir...