Azərbaycanın cənubunda yol dağılıb, bir neçə kilometrlik tıxac yaranıb
21
avq
2017
17:02
Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində, İranla sərhəddə bir neçə kilometr ərazidə asfalt yol sıradan çıxıb.Ərazidə tıxac yaranıb, ölkənin cənub rayonlarından paytaxta gediş-gəliş çətinləşib.BAKU.WS xəbər verir ki, bu barədə virtualaz.org-a sakinlər məlumat veriblər. “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, bu yol ötən əsrin 70-ci illərdən istismar olunur. Yolun dağılmasının əsas səbəbi isə burada ağır tonnajlı avtomobillərin hərəkət intensivliyidir.Qurumun əməkdaşları hazırda yolun bu hissəsində bərpa işlərini həyata keçirirlər. Yolun bərpası bir aydan sonra tamamilə bərpa olunacaq. Bundan başqa, "Azəravtoyol"la paralel olaraq, "İpək yolu" layihəsi çərçivəsində də yolun tikintisi həyata keçirilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda yol çöküb
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakının Babək prospektində tuneldə yolun çökməsi xəbərinə münasibət bildirib. BAKU.WS-in məlumatına görə, qurumun mə...