Bakıda yol çöküb

Bakıda  yol çöküb
Sosial 3
 

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakının Babək prospektində tuneldə yolun çökməsi xəbərinə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Trend”ə açıqlamasında bildirib ki, həmin ərazidə çökmə asfaltın alt qatında su sızması nəticəsində baş verib.

O qeyd edib ki, çökən ərazi tunelin üst hissəsindədir və avtomobillərin hərəkətinə maneə yaratmır:

"Hadisə baş verən kimi əraziyə "Azəravtoyol" ASC-nin texnika və canlı qüvvəsi cəlb edilib. Əvvəlcə ərazidə su sızmasının qarşısı alınıb. Sonra isə yolun çökən hissəsi bərpa edilib. Artıq ərazidə problem yoxdur, avtomobillərin hərəkəti bərpa edilib".

A.Nəcəfli əlavə edib ki, hazırda tuneldə təhlükə yoxdur.

BAKU.WS

Oxşar xəbərlər

Bakının mərkəzindəki böyük tıxacın SƏBƏBİ

Bakının mərkəzindəki böyük tıxacın SƏBƏBİ

Səhər saatlarında Bakının mərkəzində - Yusif Səfərov küçəsində böyük tıxac yaranıb. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, tıxacın səbəbi yolun genişləndiri...

1577 Sosial 10:58 02 mart 2017

Son xəbərlər