Bakıda nəhəng dəlik açılan yoldan SON GÖRÜNTÜLƏR (VİDEO)
05
okt
2017
12:48
Ötən gün səhər saatlarında paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökmə qeydə alınmışdı. Bu gün BAKU.WS-in əməkdaşı həmin ərazidə aparılan işlə yaxından tanış olmaq üçün hadisə yerinə yollanıb. Sözügedən yolun altından keçən kanalizasiya kollektoru partladığından və çirkab suları yol yatağını yuyub apardığından yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb."Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirib ki, kollektorun bərpası istiqamətində işlər aparıldığı üçün çökmənin diametri biraz da artıb: "Kollektorun bərpası yekunlaşdıqdan sonra yolun bərpası istiqamətində addımlar atılacaq. 2016-cı ildə yol təmir olunub. Bəziləri deyir ki, yol təzə tikilib. Bu belə deyil. Yol 50-60 il əvvəl tikilib. Yəni, bir il əvvəl sadəcə olaraq asfalt qatı dəyişdirilib".Küçənin həmin hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər. TuncayBAKU.WS
Oxşar xəbərlər
Bakıda yolda nəhəng dəliyin açılması ilə bağlı RƏSMİ məlumat (FOTO)
Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökmə qeydə alınıb.BAKU.WS-in məlumatına görə, “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin...