Bağçada uşaqları təhqir edən müəllim işdən çıxarıldı

03
iyn
2019
11:59
Bakıdakı uşaq bağçasında uşaqları təhqir edən müəllim işdən azad olunub.BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, təhqiredici video yayılandan sonra bağça rəhbərliyi işə qarışıb. Mayın 31-də müəllim işdən azad olunub.Qeyd edək ki, həmin videonun çəkildiyi bağçanın ünvanını da əldə etmişik. Hadisə Zığda yerləşən 331 saylı bağçada baş verib.Xatırladaq ki, bağça müəllimi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən həmin videonu atıb. Bu zaman onun uşaqlarla necə davrandığı ortaya çıxıb.
Oxşar xəbərlər
Azərbaycanda bağça müəlliməsi uşaqları belə təhqir etdi - VİDEO
Azərbaycanda uşaq bağçasında müəllimin uşaqları təhqir etməsini əks etdirən video yayılıb. BAKU.WS AZXEBER.COM xəbər-a istinadən xəbər verir ki, videonu Aynur Ş...
