Bağçada uşağın üzünü yandıranlar cəzalandırıldı – QƏRAR VERİLİB

Bağçada uşağın üzünü yandıranlar cəzalandırıldı – QƏRAR VERİLİB
Hadisə 3094
Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında körpənin xəsarət almasına görə iki nəfər işdən çıxarılıb, bağça müdirinə töhmət verilib.BAKU.WS xəbər verir ki, bunu Gəncə Şəhər İcra Hakimiyyətindən “report”a bildiriblər.Məlumata görə, bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdə yol verdikləri səhlənkarlığa görə Əmək Məcəlləsinin 72.e bəndinə əsasən işdən çıxarılıblar.Bağçanın müdiri Günay İsmayılovaya töhmət verilib.Məlumata görə, baxçanın böyük tibb bacısı uşağa ilk yardım göstərərək dərhal zədələmiş yerə perekslə kompres qoyub. Daha sonra körpə xəstəxanaya aparılaraq ilkin tibbi yardım göstərilib, körpənin yarası yüngül olduğu üçün evə buraxılıb.Qeyd edək ki, sosial şəbəkədə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında Mustafazadə Sara adlı körpənin üzünə dağ basılması ilə bağlı məlumat yayılıb və şəkillər paylaşılıb. Bağça rəhbərliyi uşağın üzünə dağ basılması iddiasını təkzib edərək, uşağın üzünü digər bağça yoldaşı Hüseyn Əliyevin dişlədiyini bildirib.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda bağçada ŞOK HADİSƏ - Uşağın üzünə dağ basılıb - FOTO

Azərbaycanda bağçada ŞOK HADİSƏ - Uşağın üzünə dağ basılıb - FOTO

Azərbaycanda daha bir bağçada körpəyə qarşı şiddət göstərilib.BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və fotolar yayılıb. Bildirilir ki, ha...

3605 Hadisə 10:07 23 iyun 2018

Son xəbərlər